
25.12.2025
25.12.2025-ci il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın görkəmli rəssamı, tanınmış Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibəti ilə Tarix-Diyarşünaslıq Muzeyində “Mirzə Qədim İrəvani 200 illik sənət salnaməsi ” adlı tədbir keçirib. Kitabxananın əməkdaşı Nərgiz Rzayeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolunu gələcək nəsillərə çatdırmaq olduqca vacib məsələdir. O, klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək, özünəməxsus orijinal üslub formalaşdırıb. Bu isə Azərbaycan təsviri sənəti tarixində yeni bir mərhələnin başlanğıcı olub.
Çıxışlar zamanı vurğulanıb ki, Mirzə Qədim İrəvani Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilir. Azərbaycan panel rəssamlığının əsasını qoyub, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalıb.
Tədbirdə Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib.Həmçinin mövzu ilə bağlı tərtib olunmuş kitab sərgisinə baxış keçirilib .