Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar  ”Şərqdə ilk Demokratik Cümhuriyyətin banisi” adlı dəyirmi masa keçirilib

03.11.2025

03 noyabr 2025-ci il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində Qazax şəhər S.Əfəndiyev adına 1saylı tam orta məktəbin 7 b sinif şagirdləri ilə birlikdə, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar  "Şərqdə ilk Demokratik Cümhuriyyətin  banisi" adlı dəyirmi masa keçirilib . Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, 2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk  və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.