26.08.2025
26.08.2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gənclər və İdman İdarəsinin Gədəbəy rayon üzrə sektorunun birgə təşkilatçılığı ilə Gədəbəy şəhər İslam Əliyev adına 3 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü liseyin direktoru Pərvanə Verdiyeva tərəfindən "Gənclərin karyera qurmaq bacarıqları" mövzusunda təlim təşkil olunub. Təlimdə gənclər arasında fikir mübadiləsi aparılıb və sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.