Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuz rayon Mərkəzi Kitabxanasında ”Fikrət Qoca-90” başlığında kitab sərgisi və dəyirmi masa təşkil edilib

25.08.2025

25 avqust 2025-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dərin mənalı poeziyası ilə nəsillərin yaddaşında silinməz iz qoymuş Fikrət Qocanın anadan olmasının 90 illiyi ilə əlaqədar "Fikrət Qoca-90" başlığında sərgi və dəyirmi masa təşkil edilib.
 Tədbirdə çıxış edənlər iştirakçılara Fikrət Qocanın həyat və yaradıcılığı barədə geniş məlumat verərək bildiriblər ki, Fikrət Qoca – XX və XXI əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri kimi, poeziyada özünəməxsus dəsti-xətti ilə seçilmiş, milliliklə bəşəriliyin vəhdətini yaradan, insan ruhunu duyğulandıran, düşündürən əsərləri ilə oxucuların könlündə taxt qurmuş sənətkardır. Onun şeirlərində Vətənə sevgi, insana dərin münasibət, həyat fəlsəfəsi və zamanın nəbzini tutmaq bacarığı ön plandadır.
Yalnız şair deyil, həm də ədəbi tənqidçi, publisist, tərcüməçi və ictimai xadim kimi Fikrət Qoca Azərbaycan mədəniyyətinə və ədəbiyyatına mühüm töhfələr vermişdir. Uzun illər Azərbaycan Yazıçılar Birliyində səmərəli fəaliyyət göstərmiş, gənc ədiblərin yetişməsində xüsusi rol oynamışdır.

Tədbirin sonunda "Fikrət Qoca-90" başlığında sərgiyə baxış olub.