
26.02.2026
26 fevral 2026-cı il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Xocalıda 1992-ci ildə dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktının tarixi-siyasi mahiyyəti, faciənin ağır nəticələri və Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə çıxışlar edilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım proqramı çərçivəsində vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Tədbirin sonunda “Torpağı sanı yaşayasan” adlı film nümayiş etdirilib.