Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qəlblərdə yanan əbədi işıq

03.05.2024

Mayın 3-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101- ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Qəlblərdə yanan əbədi işıq” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və Mərkəzin əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək Ulu öndərin zəngin siyasi irsindən, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizədən danışıb və bildirib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atılıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan və xalqımız zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir. 

Sonra İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin direktoru İslam Carçıyev, Məktəbin təlim- tərbiyə üzrə direktor müavini Nərminə Namazova Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən ətraflı danışaraq bildiriblər ki, Heydər Əliyev bütün varlığı ilə sevdiyi canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və dövlətimizin inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. İslam Carçıyev həm də doğma Aşağı Əskipara kəndinin və Qazaxın digər kəndlərinin heç bir hərbi əməliyyat aparılmadan düşmən işğalından azad edilməsinin sevincini bölüşüb və ölkə başçısına bu münasibətlə dərin təşəkkürünü çatdırıb. Tədbir məktəbin müəllimlərinin və şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar, ədəbi- bədii kompozisiyalar ilə davam etdirilib.