Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Abulbəyli kənd folklor evində ”Sən elə bir dühasan!” adlı ədəbi-bədii kompozisiya təşkil olunub

11.12.2025

11 dekabr 2025-ci il tarixində Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin Abulbəyli kənd folklor evində Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı "Sən elə bir dühasan!" adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Tədbirdə çıxış edənlər bildiriblər ki, müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz damğasını vuran dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, nəsildən-nəslə daima xalqının qəlbində yaşayır. Onun vəfatından tam 22 il ötür, amma bu gün də uşaqdan böyüyə hər bir Azərbaycan vətəndaşı dahi sərkərdəni qəlbində yaşadır.