Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu

30.04.2024

30.04.2024-cü il tarixdə 2024-cü ilin Tədbirlər planına uyğun olaraq Gədəbəy şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Mərkəzin əməkdaşı Günel Məmmədova şagirdlərə Mərkəzin muzey hissəsində Ulu Öndər Heydər Əliyevin zəngin, çoxşaxəli həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.