Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəmkir şəhər Uşaq Musiqi Məktəbi tərəfindən uşaqların zərərli informasiyadan qorunması mövzusunda maarifləndirici tədbir keçirilib

05.01.2026

5 yanvar 2026-cı il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbi tərəfindən valideynlərin iştirakı ilə uşaqların zərərli informasiyadan qorunması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi valideynləri informasiya təhlükəsizliyi, uşaqların internet və sosial şəbəkələrdə qarşılaşa biləcəyi risklər barədə məlumatlandırmaq, eyni zamanda ailə nəzarətinin və düzgün yönləndirmənin vacibliyini vurğulamaq olub.
Tədbir zamanı valideynlərə mövzu ilə bağlı əyani materiallar təqdim edilmiş, və maarifləndirici tövsiyələr verilib.