Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəmkirdə 18 Sentyabr- Milli Musiqi Günü  münasibətilə tədbir keçirilib

17.09.2024

Şəmkir rayon Əhməd Cavad  adına Mədəniyyət Mərkəzində  Əhməd Cavad  adına Mədəniyyət Mərkəzi və Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  birgə təşkilatçılığı ilə 18 Sentyabr- Milli Musiqi Günü  münasibətilə 17.09.2024-cü il tarixdə tədbir təşkil edilib. Tədbirdə Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli musiqi günü keçirilməsi ənənələrindən danışılmış, mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində ölkə başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın fəaliyyətindən danışılıb. Sonra tədbir konsert proqramı ilə davam edib.Konsert proqramında dahi bəstəkar Üzeyir Hacıbəyovun əsərlərindən parçalar səsləndirilib. Daha sonra bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət “ Milli Musiqi Günü” başlığı altında kitab sərgisinə baxış keçirilib.