22.11.2024
22 noyabr 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Qadına zorakılıq haqqa üsyandır” adlı dəyirmi masa təşkil edib, sərgi nümayiş etdirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Bəsdi Məmmədova Azərbaycan qadınlarının ailə və cəmiyyətdəki müstəsna rolu haqqında ətraflı məlumatında Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində dövlətimizin sistemli siyasət həyata keçirdiyini, cəmiyyətdə, ictimai həyatda qadının rolu, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən söhbət açıb, respublikamızda dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə həyata keçirildiyini bildirib.
Mövzu ətrafındaçıxış edənlər ölkəmizin qadınlara qarşı zorakılıqla mübarizədə bir sıra konvensiyalara qoşulduğunu, milli - mənəvi dəyərlərə yüksək qiymət verən, tarixi köklərə, adət-ənənələrə dərindən bağlı ölkə olaraq respublikamızda dünyaya örnək olan Azərbaycan qadınlarının dövlətin hər bir qrumunda ləyaqətlə çalışdığını qeyd edib, qadının məişətdə qarşılaşdığı zorakılığı qətiyyətlə pisləyiblər.
Mövzuya həsr olunmuş “Qadına şiddətə son” adlı sərgiyə baxış keçirilib, fikir mübadiləsi edilib.