Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində  ”Azad Qubadlı” adlı dəyirmi masa keçirilib

25.10.2024

25 oktyabr 2024-cü il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində  "Azad Qubadlı" adlı dəyirmi masa keçirilib. Tədbirdə muzeyin direktoru Məhruzə Hüseynova qeyd edib ki, hər günü Zəfərlə dolu Vətən müharibəsinin 29- cu günü - 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub.
Onu da qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı həmin gün özünün tviter hesabında bununla bağlı paylaşım edərək xalqa çatdırıb ki, bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Sonra muzeyin digər əməkdaşları qələbəmiz haqqında ətradlı çıxış ediblər.