Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax rayon Mədəniyyət Mərkəzinin həyətyanı ərazisində ağacəkmə aksiyası keçirilib

07.11.2025

Qazax rayon Mədəniyyət Mərkəzinin həyətyanı ərazisində ağacəkmə aksiyası keçirildi
25 oktyabr 2025 – ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin həyətyanı ərazisində  8 Noyabr – Zəfər Günü münasibəti ilə MİHİ Qazax rayon komitəsinin dəstəyi, mədəniyyət mərkəzi və mərkəzi kitabxananın bir qrup əməkdaşlarının iştirakı ilə ağac əkmə aksiyası keçirilib.  
Aksiya çərçivəsində mədəniyyət mərkəzinin ərazisində şam ağacı və gül kolları əkilib. Tədbirin əsas məqsədi yaşıl həyat tərzini təbliğ etmək, ekoloji məsuliyyət hissini artırmaq, ətraf mühitin qorunmasına birgə töhfə vermək və atmosferi oksigenlə zənginləşdirmək  olub.