Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəmkirdə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

17.10.2025

17 oktyabr 2025-ci il tarixdə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Şəmkir Şəhər Mədəniyyət Mərkəzində bayram tədbiri təşkil olundu. Tədbir Şəmkir rayonunun mədəniyyət müəssisələri tərəfindən birgə həyata keçirildi.

Tədbir çərçivəsində Mərkəzin foyesində Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə və müstəqillik yolundakı tarixi xidmətlərinə həsr olunmuş sərgi təqdim olundu. Sərgidə dahi liderin həyat və fəaliyyətini, həmçinin müstəqil Azərbaycanın inkişafını əks etdirən foto, kitab və sənəd nümunələri nümayiş etdirildi.

Daha sonra tədbirin bədii hissəsi təqdim olundu. Bədii proqramda Mədəniyyət Mərkəzinin kollektivlərinin ifasında müstəqillik mövzusunda ədəbi-bədii kompozisiyalar, rəqs və musiqi nömrələri səsləndirildi. Tədbirdə həmçinin Şəmkir Uşaq Musiqi Məktəbinin iştirakı ilə musiqi çıxışları təqdim olundu.

Tədbirin məqsədi müstəqillik dəyərlərimizi təbliğ etmək, Ulu Öndərin ideyalarına sədaqəti və vətənpərvərlik ruhunu daha da gücləndirmək idi.