06.10.2025
06 oktyabr 2025-ci il tarixində Tovuz rayon Aşıq H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbində "Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı ilə əlaqədar olaraq "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda marifləndirici görüş keçirildi.
Görüşdə Fəaliyyət Planına əsasən yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndirməklə, ölkə üzrə uşaqların müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədi ilə uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində görülən işlər barəsində uşaqlara məlumat verildi.