Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuzda ”Narkomaniya-əsrin bəlası” mövzusunda dəyirmi masa təşkil edilib

20.11.2025

20 noyabr 2025-cü il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin və  MKS-nin birgə təşkilatçılığı ilə Tovuz rayonu Düz Qırıqlı kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagird və müəllimlərinin də iştirakı ilə  "Narkomaniya-əsrin bəlası" mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirin mövzu və məqsədindən danışan Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova  qeyd edib ki, hal-hazırda yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilmiş “ağ ölüm”ün əsiridir. Yaşadığımız qloballaşan dünyada baş verən proseslərə vaxtında reaksiya vermək, gələcəyə zamanət deməkdir. Bu baxımdan, planetin qorunması, gələcək inkişaf, yaşam naminə atılan addımlara dəstək olan Azərbaycanda narkomaniya mövzusunda da təxirəsalınmaz və sanballı tədbirlər həyata keçirilir.
Azərbacan Respublikasının Prezidenti İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006, 2007-2012, 2013-2018, 2019-2024-cü illəri əhatə edən beş illik Dövlət Proqramları təsdiq etmişdir.
Mövzu haqqında çıxış edənlər söylədilər ki, gənclərimizin doğru tərbiyələnməsi, cəmiyyətə düzgün inteqrasiya etməsi və “ağ ölüm”dən uzaq durması üçün aparılan bu təbliğat xarakterli tədbir tələbələrimizin əsl açıq dərsidir.
Sonda tədbir iştirakçıları maarifləndirici yönümlü belə tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.