Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuzda ”Bəşəriyyətin gözəlliyi qadındır!” adlı tədbir təşkil olunub

06.03.2026

6 mart 2026- cı il tarixində Tovuz rayon üzrə Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı və MİHİ Tovuz rayon Komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə "Bəşəriyyətin gözəlliyi qadındır!" adlı tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olub. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib.Tədbir konsert proqramı ilə davam edib və bir neçə əməkdaş xanımlar fəxri fərmanla təltif olunub.