29.12.2017
Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni 2018-ci il münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə bayram yolkasının ətrafında şaxtababa və qarqız tərəfindən uşaqlara hədiyyələr paylanıldı.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.