Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi Kitabxana 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “ 20 Yanvar: Hünər və qeyrət günü ” adlı məktəblilərlə görüş keçirib.

15.01.2018

12 yanvar 2017-ci il tarixdə saat 15:00-da Elmar Hüseynov adına Mərkəzi Kitabxana Oxu zalında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar: Hünər və qeyrət günü” adlı məktəblilərlə görüş keçirib. Mədəniyyət işçiləri və şəhər 3 saylı məktəbin 7- ci sinif şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixinə qanla yazılmış faciələrdən olduğunu qeyd edib: 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanda xalq hərəkatının müstəqil dövlət yaradılmasında müstəsna rolu olan bir qəhrəmanlıq tarixidir. Bu gün Vətənin şərəf və ləyaqət mücəssəməsi olan Şəhidlik zirvəsidir. Xidmət şöbəsinin baş kitabxanaçısı Bəsti Məmmədova Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərinin hər bir Azərbaycan vətəndaşı üçün əziz olduğunu qeyd edib. Tədbirdə iştirak edən 7- ci sinif şagirdlərindən Qocayeva Elvira, Əliyeva Aydan, Kazımov Tural, Əliyeva Hənifə tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq, azad vətənin övladları kimi yaxşı oxuyub, vətənpərvər olacaqlarını söyləyiblər. Sonda “Tariximizin qanlı və şanlı səhifəsi” adlı kitab sərgisinə baxış keçirilib. Sərgi qarşısında 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verən məktəbin dil-ədəbiyyat müəllimi Südabə Məmmədova 20 Yanvar şəhidlərinin əziz xatirəsinin ürəklərdə əbədi yaşayacağını qeyd edib.