Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar - qan yaddaşımız” adlı kompozisiya.

16.01.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Tovuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov 1990-cı ilin 20 yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, qanlı hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib. Məhz həmin konfransdan sonra dünya ictimaiyyəti bu faciə barədə ətraflı məlumat alıb.

Çıxışlarda bildirilib ki, 20 Yanvar şəhidlərinin ailələri, əlil olmuş vətəndaşlarımız hər zaman diqqət mərkəzində saxlanılır. Hər bir azərbaycanlı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur, ehtiramla anır.

Sonra tədbir iştirakçıları xalq teatrının hazırladığı “20 Yanvar - qan yaddaşımız” adlı kompozisiyaya baxıblar.