18.01.2018
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin İllik İş Planına əsasən 18.01.2018-ci il saat 15:00-da Ağstafa rayon 1 saylı şəhər klubunda “Şəhidlər ölməz Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbirdə İdarənin məsul işçiləri və mədəniyyət işçiləri iştirak etdilər. Tədbirdə ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edildi. Daha sonra xalq teatrı dərnəyinin həvəskar aktyorlarının hazırladıqları tamaşaya baxıldı.