Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “ Tariximizin şərəf və qəhrəmanlıq zirvəsi ” adlı videoçarx təşkil olunub.

16.01.2018

16 yanvar 2017-ci il tarixdə saat 11:30-da Elmar Hüseynov adına Mərkəzi Kitabxana Oxu zalında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Tariximizin şərəf və qəhrəmanlıq zirvəsi ” adlı videoçarx  təşkil olunub. Mədəniyyət işçiləri və tələbələrin iştirak etdiyi tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edulməsi  ilə başladı. Tədbiri giriş sözü ilə MKS-in direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən terror aktıdır. Bu hadisədə Azərbaycanın yüzlərlə oğul və qızları suverenlik və müstəqillik  uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Nümayiş olunan fraqmentlər Vətəninin və xalqının azadlığını uca tutan şəhidlərin xatirəsinin əbədi yaşayacağını və unudulmayacağını əxz etdi.