25.11.2019
25 noyabr 2019- cu tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov regional idarəni əhatə edən rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs etdi.
O, Respublikamızın Prezidenti Cənab İlham Əliyevin mədəniyyət sahəsinə diqqət və qayğısından bəhs edərək Tovuzda istifadəyə veriləcək, artıq inşa işlərinin yekunlaşmaq üzrə olduğu Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi və Tovuz Tarix Diyarşünaslıq Muzeyi binalarının açılış mərasiminə ciddi hazırlaşmağın zəruriliyini vurğuladı və hər bir mədəniyyət işçisinin öz işinə tam məsuliyyətlə yanaşmasının vacibliyindən danışdı. Vüqar Qədirov eyni zamanda bəzi müəssisələrin işlərində nöqsanların aşkarlandığını, qısa müddətdə bu çatışmamazlıqların aradan qaldırılmasının vacib olduğunu bildirdi.
Natiq eyni zamanda mədəniyyət sahəsində həyata keçirilən optimallaşma prosesisinin mahiyyətini və tətbiqinin vacibliyini qeyd etdi.
Keçirilən tədbirlərin ictimaiyyətə təqdimatı istiqamətində sosial şəbəkələrin rolundan bəhs edən idarə rəisi mədəniyyət işçilərini bu prosesdə fəal olmağa səslədi və qarşıda duran məsələlər barədə öz tövsiyə və tapşırıqlarını verdi.