Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar – Qəhrəmanlıq tariximizin şanlı səhifəsidir”

18.01.2018

Qazax rayon Mədəniyyət Mərkəzinin dəyirmi masasında 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar “20 Yanvar – Qəhrəmanlıq tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Anım tədbirində mədəniyyət işçiləri, məktəb şagirdləri və şairlər iştirak edib. Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayonu üzrə məsləhətçisi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva qanlı 20 yanvar faciəsi haqqında danışdılar. Şairələrdən T.Poladlı”Şəhidlər”, G.Cəlilova”Bu gecə getsin gəlməsin”, orta məktəb şagirdi A.Vələdova “Şəhidlər ağlamazlar”, A.Hüseyn”Allahım, sən bizə xilaskar göndər” şerlərini söyləyiblər.