18.01.2018
Qazax rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Şanlı tariximizin qanla yazılmış səhifəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Qazax rayon Qaratel Hacımahmudova adına ümumi orta məktəbin IV sinif şagirdləri və müəllimləri iştirak etmişdirlər.
Anım tədbiri 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş “Milli hüzn günü” adlı filmin nümayişi ilə başlamışdır. Sonra muzeyin direktoru Ceyhunə Hüseynova “20 Yanvar” başlıqlı məruzə ilə çıxış etmişdir.
Daha sonra Qazax rayon Q.Hacımahmudova adına ümumi orta məktəbin IV sinif şagirdlərinin hazırladıqları kompozisiyalar nümayiş etdirilmiş, onların ifasında şerlər söylənmişdir.