02.12.2019
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar 02-12 dekabr 2019- cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı" günləri elan edilib. "Açıq qapı" günlərini təşkil etməkdə məqsəd Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi irsini, azərbaycançılıq məfkurəsini təbliğ etməkdir.
"Açıq qapı" günlərində Ağstafa rayon orta ümumtəhsil məktəblərinin şagirdləri Mərkəzi ziyarət edərək muzey zallarında sərgilənən eksponatlarla tanış olur və Ulu Öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyətinə dair məlumatlar əldə edirlər. Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitab sərgisinə baxış keçirir və "Dahi Şəxsiyyət" sənədli filminə tamaşa edirlər.