Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-in Qarapapaq kənd kitabxana filialı ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Sevgi, rəhmət və özləmlə anırıq” adlı anım tədbiri keçirib

11.12.2019

10 dekabr 2019-cu il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin  nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-in Qarapapaq kənd kitabxana filialı Sənətkarlıq klubu ilə birgə kitabxanada ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Sevgi, rəhmət və özləmlə anırıq” adlı anım tədbiri keçirib. Tədbirdə fəal oxucular, dərnək üzvləri və mədəniyyət işçiləri  iştirak edib.

Tədbir iştirakçıları Ulu Öndərin büstü önünə güllər düzərək Onun əziz xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan Sənətkarlıq klubunun müdiri Gülənbər Mahmudova ulu öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyət tarixində böyük rol oynamış şəxsiyyət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kitabxananın əməkdaşı Günel Bağırova tədbir iştirakçılarının Ulu Öndər haqqında suallarına cavab verərək bildirib ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi.

Fəal oxucular və dərnək üzvləri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda “Sevgi, rəhmət və özləmlə anırıq” adlı sərgiyə baxış olub.