Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 nömrəli kitabxana filialı ümumilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Tarixin Azərbaycanlı Dahisi” adlı anım tədbiri keçirib

11.12.2019

10 dekabr 2019-cu il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 nömrəli kitabxana filialı tam orta məktəbdə ümumilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Tarixin Azərbaycanlı Dahisi” adlı anım tədbiri keçirib. Tədbirdə məktəbin Uşaq Birliyinin rəhbəri Aytac Bayramova, bir qrup şagird və mədəniyyət işçiləri iştirak edib.

Öncə tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin büstü önünə güllər düzmüş və Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Tamam Cəfərova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, Azərbaycanın yeni tarixinin bütöv hissəsi müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının  ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Tam orta məktəbin Uşaq Birliyinin rəhbəri Aytac Bayramova çıxışında qeyd edib ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında  onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir.

Fəal məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda “Tarixin Azərbaycanlı Dahisi” adlı sərgiyə baxış olub.