11.12.2019
09 dekabr 2019 – cu il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-in təşkilatçılığı ilə Ürkməzli kənd kitabxana filialı ümumilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əladədar “Tarixin Azərbaycanlı Dahisi” adlı anım tədbiri keçirib. Tədbirdə Ürkməzli kənd kitabxana filialı Ürkməzli kənd Sənətkarlıq evi ilə birgə, Ürkməzli kənd tam orta məktəbinin bir qrup şagirdləri iştirak edib.
Öncə tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin büstü önünə güllər düzmüş və Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər
Qazax rayon Ürkməzli kənd kitabxana filialın müdiri Nisə Qurbanova çıxışında bildirib ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi və taleyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, məhz onun adı ilə bağlıdır.
Tədbirdə Qazax rayon Ürkməzli kənd Sənətkarlıq evinin mudiri Gülsənəm Cəlilova qeyd edib ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Deyirlər dahilər yüz ildən, min ildən bir dünyaya gəlir... Böyük tarixi olan Azərbaycan əsrlər boyu çox dahilər yetişdirmişdir... Ancaq belə dahi insan dünyaya nə gəldi, nə də çətin ki, bundan sonra gələ... Heydər Əliyev Bakıda, Fəxri Xiyabanda, ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın yanında dəfn olunmuşdur. Onun məzarı qədirbilən Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilmişdir. Biz həmişə onunla fəxr etmişik, bu gün də fəxr edirik. Necə ki o, azərbaycanlı olduğu üçün həmişə fəxr edirdi!
Sonda iştirakçılar Ümumilli Liderə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.