11.12.2019
Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Tovuz Heydər Əliyev Mərkəzində Tovuz N saylı hərbi hissənin əsgər və zabitləri Ulu Öndərin anım günü ilə bağlı ekskursiyada olmuşdur.Mərkəzin bələdçisi Aytac Abbasova əsgərlərə Ulu Öndərin keçdiyi həyat yolundan danışdı.Mərkəzin direktoru Humay Aslanova şəxsi heyyəti Heydər Əliyev irsinə sadiq olmağa,cənab prezidentimiz İlham Əliyevin ətrafinda sıx birləşməyə səslədi.
Daha sonra əsgərlər təşkil olunmuş kitab sərgisinə və əllilliyi olan gənclərin əl işlərindən ibarət olan rəsm sərgisinə baxış keçirdilər.