Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Mədəniyyət işçiləri ilə birlikdə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa təşkil edilmişdir

12.12.2019

Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Mədəniyyət işçiləri ilə birlikdə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qazax rayon MKS- nin müdiri Solmaz Babanlı, Qazax 2 saylı Musiqi məktəbin direktoru Ramil Qurbanov və 1 saylı Musiqi məktəbinin direktoru Çiçək Maşayeva, Baş məsləhətçi Pəri Məmmədova , Nailə Əliyeva və başqa mədəniyyət sahəsində çalışan əməkdaşlar iştirak etmişdirlər.İlk olaraq Mərkəzin direktoru Ceyhunə Hüseynova Ulu Öndərin Mədəniyyətimizə göstərdiyi əvəzsiz xidmətlərdən danışmış və bildirmişdir ki, Heydər Əliyev həmişə mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi.Mədəniyyətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.Mədəniyyət xalqın və millətin formalaşmasında dünyaya inteqrasiyasında ən mühüm amillərdən biridir.Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrlərdə mədəniyyətin və incəsənətin inkişafına böyük qayğı göstərmiş, bu sahənin nümayəndələrinə fəxri adlar, qiymətli hədiyyələr vermiş, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını əsas vəzifə kimi qarşıya qoymuşdur.Bu gün Azərbaycanın bütün rayonlarında onun yadigarları vardır.Həmçinin Qazax rayonunda da Mədəniyyət Mərkəzi və digər infrastruktur obyektlər məhz Heydər Əliyevin rayonumuza 1971- ci ildəki səfərindən sonra Onun tapşırıq və göstərişlərinin nəticəsində tikilib istifadəyə verilmişdir.Bu baxımdan XX əsr Azərbaycan mədəniyyətinin tərəqqisi, inkişafı Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsidir. Daha sonra Nailə Əliyeva, Solmaz Babanlı, Ramil Qurbanov, Pəri Məmmədova və Zahidə Həsənova çıxış etmiş və Heydər Əliyevin mədəniyyətimizə və mədəniyyət, incəsənət xadimlərimizə göstərdiyi diqqətdən, qayğıdan danışmış, Ona allahdan rəhmət diləmişdirlər.