19.12.2019
Ağstafa Regional Mədəniyyət İdarəsi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz bölgə şöbəsi ilə birgə dekabr ayının 18-də “Park İnn” hotelində Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda keçirdiyi konfransın yekunlarının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirdilər.
Tədbiri giriş sözü ilə açan Ağstafa Regional mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoq keyfiyyətcə yeni mərhələyə yüksəldildi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Azərbaycanda bu gün multikulturalizm dövlət siyasətidir. Bu siyasəti Prezident İlham Əliyev əzmlə davam etdirir. Prezident İlham Əliyevin sərəncamına əsasən multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi Azərbaycanın bu dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir.
Vüqar Qədirov onu da qeyd etdi ki, ötən gün Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı, dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfrans onu deməyə əsas verir ki, dinlərin və mədəniyyətlərin qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır.
Tədbirdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev mədəniyyət işçilərini salamlayaraq bu gün Azərbaycanda multikultural bir dövlətin qurulmasında, tolerant bir mühitin yaradılmasında Ümummili Lider Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin öz bəhrəsini verdiyini qeyd etdi. Həmçinin bildirildi ki, dini təhlükəsizlik milli təhlükəsizliyin ən vacib tərkibidir. Bu gün bir çox dünya ölkələri Azərbaycanda formalaşan multikultural dəyərləri, tolerant dəyərləri mənimsəməyə çalışır.
İdarənin rəis müavini Gülgün Kərimov, mətbuat katibi Xəyal Nağıyev, Tovuz rayon Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov çıxışlarında Azərbaycan dövlətçiliyinin və xalqın mədəni inkişafında multikulturalizmin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdilər.