24.12.2019
Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Daş Salahlı kənd 1 saylı sənətkarlıq klubu, sənətkarlıq evi və 1 saylı kitabxana filialı şair Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirdi. Tədbirdə mədəniyyət işçiləri və dərnək üzvləri, fəal oxucular iştirak etdi. Tədbirdə uşaqlar Nəbi Xəzrinin şeirlərini səsləndirdilər. Sonda şairə həsr olunmuş sərgiyə baxış oldu.