27.12.2019
Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax şəhər 1 və 2 nömrəli uşaq musiqi məktəblərinin təşkilatçılığı və Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin dəstəyi ilə 27 dekabr 2019-cu il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə musiqili tədbir keçirildi.
Tədbirdə 1 və 2 nömrəli uşaq musiqi məktəblərinin müəllimlərdən ibarət ansanblı, hər iki məktəbin xor kollektivi,1nömrəli uşaq musiqi məktəbinin məzunu Mədət Yusifov,2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Məhəmməd Budaqov,Sarif Vəliyev musiqilər ifa etdilər.
Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov 1nömrəli uşaq musiqi məktəbinin direktoru Çiçək Maşayeva, 2nömrəli uşaq musiqi məktəbinin direktoru Ramil Qurbanov,Qazax rayon Mədəniyyət mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva,1nömrəli uşaq musiqi məktəbinin tədris hissə müdiri Rövşanə Lətifova tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik etdilər.Tədbir şirniyyat süfrəsi arxasında davam etdi.Şaxta baba və qar qız tədbir iştirakçılarını salamladılar və xoş arzularını bildirdilər.Sonda tədbir musiqi sədaları altında tədbir iştirakçılarının rəqsləri ilə sona yetdi.