Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzinin “Göyəzən” instrumental ansamblının üzvlərinin, Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəbinin kollektivlərinin birgə iştirakı ilə Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə geniş konsert proqramı təşkil olunub

29.12.2019

28 dekabr 2019-cu il tarixdə Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Qazax rayon Mədəniyyət Mərkəzinin “Göyəzən” instrumental ansamblının üzvlərinin, Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəbinin kollektivlərinin birgə iştirakı ilə geniş konsert proqramı təşkil olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, səhiyyə, mədəniyyət işçiləri və ziyalılar iştirak etdi.Konertdə ifa olunan şən və şux mahnılar xəstəxanada müalicə olunan xəstələrdə xoş əhval-ruhiyyə yaratdı. Onlar musiqi sədaları altında qol qaldıraraq rəqs etdilər. Xəstəxananın baş həkimi Ramiz Mansurov çıxış edərək xəstəxananın kollektivi və orada müalicə olunan xəstələr adından onlara göstərdiyi diqqətə görə mədəniyyət işçilərinə öz dərin minnətdarlığını bildirdi.