19.01.2020
17 yanvar 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-in Qazaxbəyli kənd kitabxana filialı Diyarşünaslıq klubu ilə birgə kəndin ərazisində Məcburi köçkünlər üçün salınmış qəsəbədə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Əbədiyyətə qovuşanlar” adlı anım tədbiri keçirib. Tədbirdə bir qrup məcburi köçkün, fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 42 nəfər iştirak edib.
Öncə tədbirdə xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Sevinc Alməmmədova Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Bağanıs Ayrım kənd sakini Zərbəçi Paşayev, kitabxanaçı Sevinc Mustafayeva, Diyarşünaslıq klubunun mədəni təşkilatçısı Təranə Yusifova 20 Yanvar hadisələri nəticəsində şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs ediblər.
Fəal oxucular Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, bayatılar və kompozisiya söyləyiblər.