19.01.2020
18 yanvar 2020-ci il tarixdə saat 12:00-da Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-in Alpout kənd kitabxana filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq “20 Yanvar faciəsi” adlı anım tədbiri keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 17 nəfər iştirak edib.
Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Firəngiz Nəsibova açaraq 20 Yanvar faciəsi haqqında məlumat verib, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu vurğulayıb.
Diyarşünaslıq klubun müdiri Şəhri Əhmədova və İradə Əhmədova çıxışlarında qeyd ediblər ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq uğrunda apardığı mübarizənin şanlı səhifəsidir.
Fəal oxucular Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.