Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin N.Nərimanov adına kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Tariximizn silinməyən izləri” adlı anım tədbiri keçirib

20.01.2020

17 yanvar 2020-ci il tarixdə saat 14:30-da Ağstafa Regional Mədəniyyət İdarəsi  Qazax rayon MKS-in N.Nərimanov adına kitabxana filialı  Folklor evində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş  “Tariximizn silinməyən izləri” adlı anım tədbiri keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə  torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblib.

Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Siddiqə Qələndərova bildirib ki, bu qanlı hadisələrdə neçə-neçə vətəndaşımız şəhid oldu, yaralandı. Amma heç kim tutduğu yoldan, amalından dönmədi.  

Kitabxana filialın kitabxanaçısı Cahan Qasımova qeyd edib ki,bu faciəni unutmamalıyıq! Unutsaq, azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik.

Kitabxanaçı Firuzə Vəliyeva Şəhidlərə həsr etdiyi şeiri səsləndirib. Eyni zamanda fəal oxucular Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər söyləyib.