Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin Qarapapaq kənd kitabxana filialı xalqımızın böyük sənətkarı olan yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunmuş “Böyük ədib” adlı məruzə keçirib

15.02.2020

14 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin Qarapapaq kənd kitabxana filialı xalqımızın böyük sənətkarı olan yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr “Böyük ədib” adlı məruzə keçirib.

Tədbirdə fəal oxucular və mədəniyyət işçiləri iştirak edib. Tədbiri kitabxanaçı Günel Bağırova açaraq bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev həm dramaturgiya və bədii nəsrimizi, həm də satirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik, üslub və ifadə tərzinə malik olan əsərlərlə zənginləşdirmişdir.

Sənətkarlıq evinin müdiri Gülənbər Mahmudova çıxışında bildirib ki, yazıçı əsərlərində mollanəsrəddinçiliyə daim sadiq qalmış, Vətənin azadlığına, ana dilinin geniş yayılmasına yardımçı olmağa səy göstərib.

Tədbirdə fəal oxucular Əbdürrəhim bəy Haqverdiyevin əsərləri ilə tanış olublar və onları maraqlandıran suallar cavablandırılıb.