Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Köçəsgər Mədəniyyət evi filialı və kənd kitabxana filialı birlikdə ”Ana dilim ölən deyil, başqa dilə dönən deyil ” başlığı altında tədbir keçirdi

19.02.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Köçəsgər Mədəniyyət evi filialı və kənd kitabxana filiallarının kollektivi 19 fevral 2020-ci il tarixində  "Ana dilim ölən deyil, başqa dilə dönən deyil " başlığı altında Köçəsgər kənd 1nömrəli orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə  tədbir keçirdi.
Tədbirdə məktəbin qocaman müəlliməsi Əzizova Gülbəniz dilimizin tarixi keçmişi haqqında ətraflı məlumat verdi. Mədəniyyət evinin bədii rəhbəri Nilufər Əliyeva çıxışı zamanı dilimizin dəqiqliyindən, düzgünlüyündən, dilimizin gözəlliklərindən söhbət açdı. Sonra şagirdlərin kompozisiyaları, çıxışları dinlənildi.
Sonda xatirə şəkli çəkildi.