19.02.2020
19 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin N.Nərimanov qəsəbə kitabxana filialı Folklor evində Xocalı faciəsinə həsr olunmuş “Xocalı qan yaddaşımız” adlı anım tədbiri keçirib. Tədbirdə fəal oxucular və mədəniyyət işçiləri iştirak edib. Xocalı faciə qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub. Giriş sözü ilə tədbiri açan kitabxana filialın müdiri Siddiqə Qələndərova tədbir iştirakçılarına Xocalı faciəsinin baş verdiyi tarixi şərait, onun fəsadları, erməni quldurlarının qəddarlığı, Sovet ordusunun ermənilərə yardımı haqqında geniş məlumat verib.
Kitabxanaçı Firuzə Vəliyeva və Cahan Qasımova çıxışlarında qeyd ediblər ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Fəal oxucular Xocalıya, Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. Sonda “Xocalı qan yaddaşımız” adlı sərgiyə baxış olub.