Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin Dəmirçilər kənd kitabxana filialı Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Əsrlərin yadigarı Ana dili” adlı ədəbi kompozisiya keçirib

19.02.2020

19 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin Dəmirçilər kənd kitabxana filialı tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Əsrlərin yadigarı Ana dili” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə məktəbin bir qrup müəllim, şagird kollektivi və mədəniyyət işçiləri iştirak edib. Kitabxana filialın müdiri Xanım Hüseynova tədbiri açaraq Beynəlxalq Ana Dili Gününün tarixindən, keçdiyi inkişaf yolundan danışaraq qeyd edib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır. Sənətkarlıq evinin müdiri Tərlan Əhmədova, müəllimlərdən: İlhamə Cəfərova, Gülnar Osmanova və İlhamə Novruzova çıxışlarında qeyd ediblər ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini artırmaqdır. Məktəblilər Ana dilimizə həsr olunmuş şeirlər söyləyiblər.