Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxana 26 fevral Xocalı soyqrımı gününə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı səyyar sərgi təşkil edib

27.02.2020

26 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxana Səməd Vurğun adına istirahət parkında 26 fevral Xocalı soyqrımı gününə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı Səyyar sərgi təşkil edib. Sərgidə “Xocalı soyqrımını unutma!”, “Vətən torpağı bizi gözləyir”, “Unutma!” adlı müxtəlif adda kitab Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olan 26 fevral Xocalı soyqrımı gününə həsr olunmuş 70-dən çox kitab və dövrü mətbuat materialları nümayiş olunub, “Yer üzündə bir ŞƏHİD ŞƏHƏR var: Xocalı !” adlı foto-stenddə Xocalı qurbanlarının şəkilləri əks etdirilib. Kitabxanaların vətənpərvərlik mövzusunda təşkil etdikləri tədbirlərdə məqsəd gənclərin və məktəblilərin tərbiyəsində, milli ruhda böyüməsində mühüm rol oynayır, onlarda düşmənə qarşı nifrət, torpağa məhəbbət hissini gücləndirir.