Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xanlıqlar kənd kitabxana filialı tam orta məktəbdə keçirilən Xocalı Soyqırımına həsr olunmuş “Xocalı Soyqırımını unutma” adlı anım tədbirdə iştirak edib

27.02.2020

26 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xanlıqlar kənd kitabxana filialı tam orta məktəbdə keçirilən Xocalı Soyqırımına həsr olunmuş “Xocalı Soyqırımını unutma” adlı anım tədbirdə iştirak edib.Tədbirdə məktəbin bir qrup müəllim, şagird kollektivi və mədəniyyət işçiləri iştirak edib. “Xocalı Soyqırımını unutma” adlı sərgiyə baxış olduqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan məktəbin tədris hissə müdiri Şayəstə Qurbanova Xocalıda xalqımıza qarşı törətdikləri soyqırımı aktının bəşər tarixində ən dəhşətli cinayətlərindən biri olduğunu vurğulayıb, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb. Müəllimlərdən: Sevinc Məmmədova, Məryəm Məhərəmova və kitabxana filialın müdiri Səbilə Alıyeva çıxışlarında xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıblar. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş səhnəciklər nümayiş olunub, Şəhidlərə həsr olunmuş şeirlər səslənib