Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Aslanbəyli kənd kitabxana filialı tam orta məktəbdə keçirilən Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi” adlı anım tədbirində iştirak edib.

27.02.2020

25 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Aslanbəyli kənd kitabxana filialı tam orta məktəbdə keçirilən Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi” adlı anım tədbirində iştirak edib. Tədbirdə məktəbin müəllim, şagird kollektivi və mədəniyyət işçiləri iştirak edib. “Xocalı faciəsi” adlı sərgiyə baxış olduqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Şölə Rəhimova ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən danışıb. Tarix müəllimi Asif Seyidov və Uşaq Birliyinin sədri Günay Ismayılova çıxışlarında qeyd ediblər ki, biz inanırıq ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar yurd-yuvalarına qayıdacaqlar. Fəla məktəblilər Xocalı Soyqırımına həsr olunmuş şeirlər söyləyiblər.