Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Daş Salahlı kənd 2 nömrəli kitabxana filialı şəhid Araz Əmilov adına 1 saylı tam orta məktəbdə keçirilən Xocalı Soyqırımına həsr olunmuş “Xocalı fəryadı” adlı anım tədbirində iştirak edib

27.02.2020

26 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Daş Salahlı kənd 2 nömrəli kitabxana filialı şəhid Araz Əmilov adına 1 saylı tam orta məktəbdə keçirilən Xocalı Soyqırımına həsr olunmuş “Xocalı fəryadı” adlı anım tədbirində iştirak edib. Tədbirdə məktəbin bir qrup müəllim, şagird kollektivi və mədəniyyət işçiləri iştirak edib. “Xocalı fəryadı” adlı sərgiyə baxışdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Söylü Xəlilova Xocalı faciəsinin tarixindən bəhs edib. Bildirib ki, bu faciədə günahsız insanların başına vəhşiliklər gətirilib, dinc sakinlər kütləvi şəkildə öldürülüb. Müəllimlərdən: Nəzakət Paşayeva və Söylü Piriməmmədova çıxışlarında qeyd ediblər ki, tədbirin təşkil olunmasında əsas məqsəd həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltməkdir. Fəal məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər, bayatılar söyləyiblər.