Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Canalı kənd kitabxana filialı tam orta məktəbdə Xocalı Soyqırımının ildönümünə həsr olunmuş “Ağla, Xocalım, ağla” adlı anım tədbirində iştirak edib

27.02.2020

25 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Canalı kənd kitabxana filialı tam orta məktəbdə Xocalı Soyqırımının ildönümünə həsr olunmuş “Ağla, Xocalım, ağla” adlı anım tədbirində iştirak edib. Tədbirdə məktəbin bir qrup müəllim, şagird kollektivi və mədəniyyət işçiləri iştirak edib. “Ağla, Xocalım, ağla” adlı sərgiyə baxış olduqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin direktoru Pərviz Alməmmədov bu faciə haqqında ətraflı məlumat verərək bildirib ki, Xocalı Soyqırımı Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Müəllimlərdən: Zəminə Xəlilova, Nuriyə Əmrahova və Afaq Yolçuyeva çıxışlarında qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı xarici siyasət nəticəsində respublikamızın ərazi bütövlüyü təmin ediləcək, bununla da şəhidlərimizin qanı yerdə qalmayacaq. Fəal məktəblilər Xocalıya həsr olunmuş şeirlər, bayatılar soyləyiblər.