Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxana 1 Mart Ümumdünya Mülki müdafiə gününə həsr olunmuş “Ümumdünya Mülki müdafiə günü” adlı dəyirmi masa keçirib

28.02.2020

28 fevral 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxana oxu zalında 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Ümumdünya Mülki müdafiə günü” adlı dəyirmi masa keçirib. Tədbirdə Gəncə Regional Dövlət Nəzarəti İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru Arzuman Həsənov, MİHİK-nin sədri İsgəndər Qurbanov, BDU-nun Qazax filialının tələbələrindən bir qrup, fəal oxucular və mədəniyyət işçiləri iştirak edib. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açaraq qeyd edib ki, tarixi 1931-ci ildən başlayan Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1972-ci ildən Təşkilatın Baş Məclisinin qərarı ilə martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Hazırda bu təşkilata dünyanın 55-ə yaxın ölkəsi qoşulub... Kitabxananın əməkdaşı Vəfa Axundova “Ümumdünya Mülki Müdafiə Günü” adlı məruzəsində bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1995-ci ildən başlayaraq təşkilata üzv olan dövlətlərdə hər il konkret bir mövzuya həsr olunan kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.... Tədbirdə Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru Arzuman Həsənov çıxışında qeyd edib ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da mülki müdafiə sisteminin qarşısında iki mühüm məsələnin həlli durur. Birinci əhalini və iqtisadiyyatı təbii fəlakətlərin, habelə istehsalatda, nəqliyyatda və məişətdə baş verən dəhşətli qəzaların nəticələrindən xilas etmək, ikincisi müharibə dövründə dinc əhalini və iqtisadiyyatı qorumaqdır. Sonra mülki müdafiə vasitəsi olan yanğın söndürən balondan istifadə qaydalarını əyani sürətdə tədbir iştirakçılarına göstərdi. MİHİK-nin sədri İsgəndər Qurbanov, Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova, Komplektləşdirmə şöbəsinin müdiri Sədaqət Qasımova mövzu ətrafı fikirlərində hər bir kəs istər ailədə, istərsə də işlədiyi idarə və təşkilatda fövqəladə halların baş verməməsi üçün ehtiyatlı olmağı tövsiyyə ediblər.