Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinə “Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda mühazirə oxundu

28.02.2020

Qazax rayon Heydər Əliyev Mərkəzinin 2020- ci il üçün təsdiq olunmuş Tədbirlər planına əsasən Ulu öndər Heydər Əliyev irsinin təbliğ edilməsi məqsədilə il ərzində rayonun orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinə mühazirələr oxunması nəzərdə tutulmuşdur. Növbəti dərs 28.02.2020- ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində rayonun Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbinin XI sinif şagirdlərinə “Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda olmuşdur.
Mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova aparmış və bildirmişdir ki, Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı etnik soyqırım və əsassız ərazi iddialarının qarşısı daim Dahi siyasətçi Heydər Əliyev tərəfindən qətiyyətlə alınmış, Onun Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğısı nəticəsində o dövrlərdə erməni millətçilərinin cəhdləri həmişə boşa çıxmışdır.Çünki Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi.Məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsi idi ki,xalqımızın mənəvi- əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə Dağlıq Qarabağın əhalisində milli ruhun oyanması güclənmişdi.Məhz Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman erməni millətçilərini çox narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.
Sonra şagirdlər Muzeyi ekskursiya etmiş, Ulu Öndərin mənalı həyatı və siyasi fəaliyyəti ilə yaxından tanış olmuşdurlar.