Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları A.S.Puşkin adına tam orta məktəbdə şagirdlərə məruzə oxudular

29.02.2020

Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Tovuz rayon Təhsil İdarəsi ilə imzalanan birgə əməkdaşlıq proqramına görə orta ümumtəhsil məktəblərində gənclərə Heydər Əliyev irsini təbliğ edirlər. 28 fevral 2020-ci il tarixdə A.S.Puşkin adına tam orta məktəbdə keçirilən görüşdə mərkəzin əməkdaşları "Yeni nəsil ulu öndərin ideyaları ruhunda böyüməlidir" və "Heydər Əliyev və Azərbaycan Təhsili", mövzularında məktəblilərə məruzələr oxunmuş və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də cənab Prezident İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı kitablardan ibarət sərgi də sərgilənmişdir.

Sonda məktəblilər məruzələr ətrafında müzakirələr aparmış və öz fikirlərini söyləmişdirlər.